Bakıda atasını baltalayan qız məcburi müalicəyə göndərildi


Digərləri 05 Dek 2018 13:03:00 248 0

Bakıda atasını baltalayan qız məcburi müalicəyə göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Aliyə Həbibovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Həbibovanın hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyən edilib və həmin şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. O, 1 saylı Respublika Psixatiriya Xəstəxanasına göndərilib.