Azэrbaycanda ilk dəfə aqrar və yaşıl texnologiayalar üzrə beynəlxalq forum keçiriləcək


Digərləri 05 Dek 2018 11:32:00 313 0

Azэrbaycanda ilk dəfə aqrar və yaşıl texnologiayalar üzrə beynəlxalq forum keçiriləcək

Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy" mövzusunda Beynəlxalq Forum keçiriləcək. Dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Nazirlikdən Son.az-a verilən mləumata görə, Forum "Yaşıl gələcək üçün innovasiyalar" şüarı altında keçiriləcək.

Dünyanın 4 bir yanından bu sahə üzrə ən uğurlu startaplar, şirkət sahibləri, elm xadimləri və tədqiqatçılar, vençur kapitalistlər, visionmakerlər, eyni zamanda ölkəmizdə artıq bu sahələr üzrə sözünü demiş mütəxəssislər sizlərlə öz təcrübələrini paylaşacaqlar.

İki gün davam edəcək Forumun aşağıdakı panellər üzrə keçirilməsi planlaşdırılır:

- Energetika və aqrar texnologiyaların gələcəyi;

- Aqrar və yaşıl enerji üçün texnologiyalar;

- Aqrar və energetika texnologiyaları üzrə Akademiya;

- Siyasətin təsiri;

- Yeni innovativ ekosistemlər;

- Fermerlər üçün seksiya;

- Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası;

- Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası;

- Startap və İnnovasiya Ekosistemi Seminarı.

Forumun keçirilməsində digər məqsəd qlobal texnologiya şirkətləri, startaplar, fermerlər  və digər maraqlı tərəflər arasında əməkdaşlıq yaratmaqdır. Bununla əlaqədar olaraq Startaplar və Fermerlər üçün seminarlar keçiriləcək.

Startaplar üçün keçiriləcək seminar mövzuları aşağıdakılar olacaq: