Türkiyədə intihar edən azərbaycanlı


Digərləri 05 Dek 2018 11:27:00 218 0

Türkiyədə intihar edən azərbaycanlı

Türkiyənin Konya şəhərində 42 mərtəbəli plazanın ən hündür mərtəbəsində yerləşən restoranından özünü atdığı deyilən 23 yaşlı Tehran Alimov xəstəxanada dünyasını dəyişib.

Son.az unikal.org-a istinadən xəbər verir ki, 37 gün əvvəl 23 yaşlı Alimov intihardan sonra Necmettin Erbakan Üniversitesi Meram Tıp Fakültəsi Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Tehran Alimovun nəşini Azərbaycanda dəfn edilmək üçün yaxınlarına verilib.

Videonu izləmək üçün şəklə klikləyin: