Sevgilisi ilə görüşmək üçün başqa rayona gedən arvadını izlədi və...


Digərləri 05 Dek 2018 11:03:00 256 0

Sevgilisi ilə görüşmək üçün başqa rayona gedən arvadını izlədi və...

İki gün əvvəl Qusarda baş vermiş güllələnmə hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Qusara getmiş Sabirabad rayon sakini Zahid Əsgərov (ad şərtidir) qısqanclıq zəminində güllələnib. Belə ki, Z.Əsgərov bir müddət əvvəl internetdə qadınla tanış olub. Quba rayonunda yaşayan qadınla Sabirabad sakininin arasında isti münasibətlər yaranıb və onlar görüşmək barədə razılaşıblar.

Ailəli olan qadın internetdə tanış olduğu şəxsə Qusarda görüşməyi təklif edib. Bundan sonra Z.Əsgərov Sabirabaddan Qusara yola düşüb, qadın da Qubadan Qusara gəlib. Onlar görüşən kimi qadının əri Əhməd Qadimov (ad şərtidir) yaxınlaşaraq arvadının sevgilisinə atəş açıb.