"Bakcell"in baş icraçı direktoru Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürətini nazirə təqdim edib


Digərləri 05 Dek 2018 10:06:00 246 0

"Bakcell"in baş icraçı direktoru Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürətini nazirə təqdim edib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet Provayderi Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers “Bakutel-2018” sərgisində 600 Mbps-ə qədər olan internet sürətini nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə təqdim edib.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet Provayderi Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers “Bakutel-2018” sərgisində 600 Mbps-ə qədər olan internet sürətini nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə təqdim edib. Trend-in məlumatına görə, Bakcell stendində nümayiş etdirilən 4.5G texnologiyası böyük trafik həcmlərini emal etməyə imkan verməklə, həcmi gündən-günə artan məzmunun ani şəkildə yüklənməsi və istifadəsini təmin edir. “Bakcell”in təqdim etdiyi bu “5G-yə hazırlıq” texnologiyası sayəsinə LTE texnologiyasından qat-qat yüksək olan sürətdən yararlanmaq mümkündür.