Azərbaycan nefti bahalaşdı


Digərləri 04 Dek 2018 23:42:23 218 0

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 63,23 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 63,23 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,1 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 61,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,18 dollar/barel çoxdur.