ŞəqqülQəmər hadisəsi necə baş verdi?


Digərləri 04 Dek 2018 22:55:00 407 0

ŞəqqülQəmər hadisəsi necə baş verdi?

Deyerler.org:İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) möcüzələrindən biri də Şəqqül-qəmər hadisəsidir. Həzrət (s) işarə edərək, qısa bir müddətdə Ayı parçalamışdır. Ay da iki hissəyə bölünmüşdü.

Hədislər bu hadəsəni "Qəmər" surəsinin 1 və 2-ci ayələrinin nazil olması ilə bağlayırlar. Təfsirçilərin çox hissəsi bu hadisəni qəbul edir. Bu hadisəni İbn Abbas, Ənəs ibni Malik, Abdullah ibni Məsud kimi səhabələr nəql etmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, nəql edilən hədislərə əsasən, Həzrət Peyğəmbər (s) əllərinin işarəsi ilə Ayı iki hissəyə parçalayır və bu zaman Aydan dağ boyda bir nur ayrılır. Ondan sonra isə Ay parçaları bir-birinə yaxınlaşıb yenidən birləşir. Bəziləri Şəqqül-qəməri Qiyamətə nisbət verirlər. Bəziləri isə bu hadisənin məhz Həzrətin (s) dövründə baş verdiyini təsdiq edirlər.