Təvazökarlığı yaltaqlıqdan necə ayırmalı?


Digərləri 04 Dek 2018 22:40:00 249 0

Təvazökarlığı yaltaqlıqdan necə ayırmalı?

Möminin ən bariz sifətlərindən biri - sadəliyi və təvazökar olmağıdır. Ona görə də Allah Təala təvazökar bəndələrini həmişə sevmişdir və onların başında isə Həzrət Peyğəmbər (s) dayanır. Bu müqəddəs şəxsin sadəliyi və təvazökarlığı həm Allah və həm də müsəlmanlar tərəfindən həmişə mədh olunmuşdur.

"Sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq". ("Əhzab" 31).

Son.az deyerler.org-a istinadən bildirir ki, rəhmətlik İmam (r) təvazökarlığı mədh və təkəbbürü məzəmmət edən zaman demişdir: "Təkəbbür həmişə insanı fəsada tərəf çəkər. Aləmdə peyda olan bütün fəsadlar təkəbbürdən meydana gələr. Mal sevgisinə görə, vəzifə sevgisinə görə... Bunların hamısı isə nəfs sevgisinə qayıdar.

Bu büt bütün bütlərdən ən böyük olanıdır. Sındırmağı da hamısından daha çətindir. Əgər onu Allahın izni ilə sındıra bilməsəniz, heç olmasa əlini və ya ayağını sındırmağa cəhd edin.