43 yaşlı kişi də dəm qazının qurbanı oldu


Digərləri 04 Dek 2018 22:43:00 239 0

43 yaşlı kişi də dəm qazının qurbanı oldu

Şamaxı sakini dəm qazından boğularaq ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Şamaxı şəhəri, Nərimanov küçəsi, 89 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1975-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələsgər oğlu yaşadığı evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb.