İnsanlara xas 16 növ xüsusiyyət və mənaları


Digərləri 04 Dek 2018 21:05:00 282 0

İnsanlara xas 16 növ xüsusiyyət və mənaları

İnsanlara xas bəzi xüsusiyyətləri təsvir etmək üçün istifadə olunan sözləri sizə təqdim edirik.

1. İntrovert

İntrovertlər utancaq və azdanışan olurlar. Sosial fəaliyyətlərdən mümkün qədər yayınmağa çalışır və təkbaşına vaxt keçirməyə üstünlük verirlər. İntrovert insanlar xaricə baxmaqdansa, öz düşüncələri və hisslərinə köklənməyə daha meyllidirlər.

2. Ekstrovert

Ekstrovertsinizə, demək ki sosial mənada daha əyləncəli və özündənrazısınız. Şənliyin gözü; işdəki təqdimatı öz boynuna götürən; şam yeməyində ən çox danışan və karaoke gecəsində mikrofonu əlinə ilk alan adətən siz olursunuz

3. Narssist

Əgər güzgünü əlinizdən yerə qoya bilmirsiniz və xarici görünüşünüzə aşiqsinizsə, o zaman sizi narssist adlandırmaq olar. Sözün kökü yunan mifologiyasına dayanır: sudakı əksinə vurulan Narcissus adlı gəncin adı ilə bağlıdır.

4. Altruist

Özünüzü ikinci plana salıb, başqalarına kömək etməkdən həzz alırsınız? Demək ki altruistsiniz. Altruist eqoistin tam əksidir. Başqalarının rahatlığı üçün özündən keçmək kimi bir məna daşıyır.

5. Mizantropik

Başqa insanlardan xoşunuz gəlmirsə misantropiksiniz. Bu münasibəti sərgiləməkdən də çəkinmirsiniz. Charles Dickens-in yaratdığı Scrooge obrazı əsl misantropikdir.

6. Sadistik

Sadist insan başqalarının narahatlığı, əziyyətləri və alçaldılmasından həzz alır. Qəddar qatilləri sadist adlandırmaq olar.

7. Mazoxistik

Mazoxistlər öz ağrı və əziyyətlərindən ləzzət alırlar. Ultra marafonlarda qaçan dostunu mazoxist kimi təqdim edə bilərsən!

8. Mizoginistik

"Me too" hərəkatı bu sözü unutdurub. Əgər mizoginistsinizsə, sadəcə olaraq qadınları bəyənmir, onlara nifrət edir və qərəzli münasibət bəsləyirsiniz.