NATOdan Qara dənizlə bağlı vacib qərar


Dünya 04 Dek 2018 20:48:00 243 0

NATOdan Qara dənizlə bağlı vacib qərar

NATO Qara dənizdə mövcudluğunu davam etdirəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Ukrayna və Gürcüstan nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bəyan edib.

"NATO artıq Qara dənizdə mövcudluğunu genişləndirib. Bu gün tərəfdaşlarla görüşdə də Ukraynaya praktiki yardımın davam etdirilməsi, habelə Qara dəniz regionunda mövcudluğun davamı barədə aydın siqnal verilib", - deyə o vurğulayıb.