Qaradağda Beynəlxalq Əlillər Günü qeyd edilib (FOTO)


Digərləri 04 Dek 2018 20:20:00 273 0

Qaradağda Beynəlxalq Əlillər Günü qeyd edilib (FOTO)

Qaradağ Rayon İcra Hakimiyyətində rayonun aztəminatlı əlil sakinləri ilə görüş keçirilib.

Bakı. Qaradağ Rayon İcra Hakimiyyətində rayonun aztəminatlı əlil sakinləri ilə görüş keçirilib. Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər gününün ölkəmizdə qeyd olunmasını Ulu Öndər Heydər Əliyevin əlillərə göstərilən yüksək qayğının nəticəsi kimi qiymətləndirib. Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək olduğunu vurğulayaraq, bu gün əlillər üçün tikilən yaşayış sahələrini, sağlamlıq mərkəzlərini Prezident İlham Əliyevin diqqətinin bariz nümunəsi olduğunu bildirib.