Çörək sexinin sahibini öldürən işçi hakim qarşısında


Digərləri 04 Dek 2018 18:14:00 213 0

Çörək sexinin sahibini öldürən işçi hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində çalışdığı sexin müdirini qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası dekabrın 18-nə təyin edilib.

İttihama görə, paytaxtın "NZS" yaşayış məntəqəsində çörək sexində çalışan İ.Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqla qətlə yetirib.