Bakıda çörək sexinin sahibini öldürən işçinin məhkəməsi başlayıb


Digərləri 04 Dek 2018 16:51:00 216 0

Bakıda çörək sexinin sahibini öldürən işçinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində çalışdığı sexin müdirini qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində çalışdığı sexin müdirini qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası dekabrın 18-nə təyin edilib.