Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı (FOTO)


Digərləri 04 Dek 2018 15:54:24 216 0

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, özəlləşməyə çıxarılan dövlət əmlaklarından 15-i hərracda öz sahibini tapıb. 4-ü kiçik dövlət müəssisə və obyekti, 4-ü qeyri-yaşayış sahəsi və 7-si nəqliyyat vasitəsi olan dövlət əmlakları üzrə ümumilikdə 21 sifariş qəbul edilib. Verilən sifarişlərin özəlləşdirilən dövlət əmlaklarından çox olması hərracı rəqabətli edib. Ofis və xidmət obyekti kimi istifadə üçün uyğun olan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, A.İsgəndərov küçəsində yerləşir. Ümumi faydalı sahəsi 36.9 kv.m olan bu obyektin hərracında 2 sifarişçinin mübarizəsi təyin olunan qiyməti 2 dəfədən çox yüksəldib. Belə ki, qalib iştirakçı ilkin qiyməti 13 min 500 manat olan əmlak üçün 28 min manat təklif edib. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 9 ünvanındakı obyektin ümumi faydalı sahəsi isə 88.8 kv.m-dir. Paytaxt üzrə özəlləşdirilən digər qeyri-yaşayış sahələri isə Suraxanı rayonu ərazisində yerləşir.