Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun birinci müşavirəsi keçirilir


Digərləri 04 Dek 2018 15:48:00 210 0

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun birinci müşavirəsi keçirilir

Dekabrın 4-5-i tarixlərində Bakıda İCAO-nun Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun (ICAO EUR ENV PT) birinci müşavirəsi keçirilir.

Bakı. Dekabrın 4-5-i tarixlərində Bakıda İCAO-nun Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun (ICAO EUR ENV PT) birinci müşavirəsi keçirilir. Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İCAO-nun Avropada akkreditasiya edilmiş dövlətlərindən və beynəlxalq aviasiya qurumlarından ekspertlərin iştirak etdiyi bu müşavirədə mülki aviasiyada ətraf mühitin mühafizəsi ilə əlaqədar mühüm məsələlər müzakirə ediləcək. Sözügedən İşçi Qrupu Avropa Aeronaviqasiya Planlaşdırma Koordinasiya Qrupunun (EANPG COG) və Avropa Regional Koordinasiya Qrupunun (RCOG) İCAO-nun Paris qərargahında 16-18 may 2018-ci ildə keçirilən müştərək müşavirəsində təsis edilib. Azərbaycanın mülki aviasiya sahəsi gündəlik fəaliyyətində, həmçinin İCAO, ECAC, CANSO, İATA və digər Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində, dövlətimizin ekoloji prioritetlərə əsaslanan iqtisadi inkişafı dəstəkləyən siyasətini tərənnüm edir və ekoloji məsələlərin regional səviyyədə həllində qabaqcıl rol oynayır.