Avropa İttifaqının Ali Məhkəməsi: "Brexit" təxirə salına bilər


Dünya 04 Dek 2018 15:33:00 224 0

Avropa İttifaqının Ali Məhkəməsi: "Brexit" təxirə salına bilər

Böyük Britaniya Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmaq qərarını birtərəfli surətdə ləğv edə bilər.

Son.az report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Ali Məhkəməsinin müşaviri Manuel Kampos Sançes-Bordona məhkəmə tərəfindən Böyük Britaniyanın Lissabon müqaviləsinin müvafiq maddəsindən imtina edə biləcəyini açıqlanmasını təklif edib.

Qeyd edək ki, Şotlandiyanın bir neçə siyasi xadiminin vəkilləri Böyük Britaniyanın Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, Avropa İttifaqının qalan 27 üzv dövlətinin razılığı olmadan üzvlükdən çıxmaq qərarını ləğv etmək hüququnun olub-olmaması barədə Avropa Məhkəməsi qarşısında vəsatət qaldırmışdılar.