Elmin İnkişafı Fondu və “Springer Nature” birgə müəllif seminarı keçirib FOTO


Digərləri 04 Dek 2018 14:55:00 252 0

Elmin İnkişafı Fondu və “Springer Nature” birgə müəllif seminarı keçirib  FOTO

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və "Springer Nature" şirkəti "Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması" mövzusunda birgə müəllif seminarı keçirib.

Son.az bildirir ki, tədbirin açılışında çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, dövlət tərəfindən elmi tədqiqatların intensivliyinin artırılmasına və elmi nəticələrin dünyada tanıdılmasına böyük önəm verilir. Bu baxımdan Azərbaycanda əldə olunan elmi nəticələrin dünyanın nüfuzlu elmi jurnallarında çap edilməsi xüsusi əhəmiyyət daşıyır. "Springer Nature" şirkəti ilə birgə keçirilən seminarda elmi məqalələrin ingilis dilində yazılması və təqdim olunması qaydaları ilə bağlı ətraflı məlumat veriləcək.


Xəbərə aid fotolar