“Buta Airways” aviaşirkətinin donanmasına daha bir “Embraer E-190” təyyarəsi əlavə olunub (FOTO)


Digərləri 04 Dek 2018 14:25:00 319 0

“Buta Airways” aviaşirkətinin donanmasına daha bir “Embraer E-190” təyyarəsi əlavə olunub (FOTO)

Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” donanmasına daha bir yeni “Embraer E-190” təyyarəsi əlavə edib.

Bakı. Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” donanmasına daha bir yeni “Embraer E-190” təyyarəsi əlavə edib. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib. “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni təyyarə aşağı büdcəli aviadaşıyıcının donanmasında sayca səkkizincidir və aviaşirkətin uçuş cədvəlinə daha çox tələbat olan istiqamətlərə əlavə reysləri əlavə etməyə imkan verəcək. "Donanmanın yeni təyyarələrlə artırılması “Buta Airways”-in marşrut şəbəkəsini daha da genişləndirməyə imkan verəcək. Biz sevinirik ki, milli loukost aviaşirkət Azərbaycan vətəndaşları və ölkəmizə gələn turistlər arasında böyük tələbata malikdir. “Buta Airways”-in reyslərinin və istiqamətlərinin sayının artırılması ölkəmizdə turizmin inkişafına daha çox kömək olacaq", - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib. “Buta Airways”in yeni təyyarəsi Ağdam şəhərinin adını daşıyır. Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb.