İşəgötürənlər bu kateqoriyadan olan insanları işlə təmin etməyə borclu olacaqlar


Digərləri 04 Dek 2018 13:11:00 265 0

İşəgötürənlər bu kateqoriyadan olan insanları işlə təmin etməyə borclu olacaqlar

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə "Azərbaycanda Məşğulluq Xidməti orqanlarının gücləndirilməsi. V hissə. Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi üçün əməyin idarə edilməsi institutları" mövzusunda 4 günlük kursa start verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, tədbirin məqsədi sosial cəhətdən xüsusi yardıma ehtiyacı olan əhali qrupunun məşğulluğunun təmin olunması ilə bağlıdır: "İştirakçılara gənclərin, pensiya yaşına iki il qalmış vətəndaşların əmək bazarına inteqrasiyası üçün nəzərdə tutulan mexanizmlərlə bağlı məlumat veriləcək".

Nazir müavini əlavə edib ki, ölkədə əlillərin hüquqları ilə bağlı yeni qanun qəbul olunur: