Azərbaycana qonşu ölkələrdən olan uçuşların sayı artırıla bilər


Digərləri 04 Dek 2018 13:15:00 250 0

Azərbaycana qonşu ölkələrdən olan uçuşların sayı artırıla bilər

Azərbaycana qonşu ölkələrdən olan uçuşların sayı hələlik azdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu yeni yaradılan Azərbaycan Hotel Assosiasiyasının İdarəedici direktoru Georq Kobos bu qurumun Birinci Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycana xarici ölkələrdən həyata keçirilən avireyslərin sayının artırılması gündəmdədir: "Biz düşünürük ki, bu sahədə daha başqa hansı tədbirləri həyata keçirmək olar. Bu baxımdan aviaşirkətlər öz planlarını təqdim etməlidirlər. Biz bu sahədə hər kəsin səyini görmək istərdik".