Azərbaycanlı aktyordan gözlənilməz sözlər: "Fəxrəddin Manafov Zaur obrazı deyil"


Şou-biznes 04 Dek 2018 13:02:00 759 0

Azərbaycanlı aktyordan gözlənilməz sözlər: "Fəxrəddin Manafov Zaur obrazı deyil"

Mənim Zaurum daha yaxşıdır.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri ATV telekanalında yayımlanan "Təhminə və Zaur" serialında Zaur obrazını canlandıran Cövdət Şükürov deyib. O, mərhum xalq artisti Rasim Ocaqovun rejissoru olduğu "Təhminə" filmindəki Zauru özünün yaratdığı Zaurla müqayisə edib:

"Bəzən film ilə serialı müqayisə edirlər, bir qrup filmə daha üstünlük verir. Həmin insanlara bildirmək istəyirəm ki, bu, film deyil, serialdır. Şəxsən mən öz Zaurumu daha maraqlı hesab edirəm".


Xəbərə aid fotolar