Saakaşvili azərbaycanlıların toyuna canlı qoşulub,


Digərləri 04 Dek 2018 12:12:00 227 0

Saakaşvili azərbaycanlıların toyuna canlı qoşulub,

Ötən gün eks-prezident Mixail Saakaşvili azərbaycanlıların yaşadığı Gürcüstanın Faxralı kəndində baş tutan toy mərasiminə canlı bağlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin görüntülər "Faxralı" Feysbuk hesabında paylaşılıb. 

Bəylə gəlinə xoş arzularını çatdıran siyasətçi sonda Azərbaycan dilində mərasim iştirakçıları ilə sağollaşıb. Saakaşvilinin bu jesti alqışlarla qarşılanıb.

Qeyd edək ki, bəyin atası Oqtay Məmmədov vaxtilə Mixail Saakaşvilinin seçki kampaniyasında fəal iştirak edib, kənddə onun ən fəal dəstəkçilərindən biri olub.