Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuranlara


Digərləri 04 Dek 2018 11:59:00 248 0

Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuranlara

Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni "Ümumi təhsil haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində qeyd olunur ki, ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.