Azərbaycanda hotelçiliyində yeni ulduz milli təsnifat sistemi tətbiq olunacaq


Digərləri 04 Dek 2018 10:48:04 238 0

Azərbaycanda hotelçiliyində yeni ulduz milli təsnifat sistemi tətbiq olunacaq

Azərbaycanda hotelçilik sahəsində yeni ulduz milli təsnifat sistemi tətbiq olunacaq.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda hotelçilik sahəsində yeni ulduz milli təsnifat sistemi tətbiq olunacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda hotelçilik sahəsində ulduz verilməsi sistemində problemlər mövcuddur. F.Nağıyev bununla yanaşı, hotellərdə mövsümilik probleminə də diqqət çəkib. Agentlik sədir deyib ki, bunun aradan qaldırılması üçün müvafiq işlər görülür.