OPEK neft bazarında balansın əldə olunmasına sadiqdir


Digərləri 04 Dek 2018 08:49:00 237 0

OPEK neft bazarında balansın əldə olunmasına sadiqdir

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) əvvəlki kimi qlobal neft bazarında OPEK+ razılaşması vasitəsilə balansın əldə olunmasına sadiqdir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın saytında yayılan məlumatda deyilir.

Məlumatda bildirilir: "OPEK əvvəlki kimi təşkilat və "Əməkdaşlıq haqqında bəyannamə" vasitəsilə OPEK-ə daxil olmayan 10 ölkə ilə birlikdə bazarda sabitlik və balansın əldə olunmasına və qorunub saxlanmasına tam sadiqdir".