"Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” qərara dəyişikliklər olunub


Digərləri 04 Dek 2018 08:50:00 248 0

"Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” qərara dəyişikliklər olunub

Nazirlər Kabineti "Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə"  2014-cü il 26 fevral tarixli qərarda dəyişikliklər edilib.

Son.az bildirir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən qərara yeni 2-1-ci hissə - "bu qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər" - əlavə olunub.