Google .dev domenini hər kəs üçün açıq edəcək


Digərləri 04 Dek 2018 08:11:00 227 0

Google .dev domenini hər kəs üçün açıq edəcək

Chrome Dev Summit konfransında Google şirkəti .dev domenini hər kəs üçün açıq edəcəyini elan etmişdi. Əvvəllər bu domen yalnız şirkət daxilində istifadə olunurdu. Şirkətin mütəxəssisləri qeyd edirlər ki, bu domen alət yaradan proqramçılar, platformalar, proqramlaşdırma dilləri və texnologiya mövzulu bloglar üçün uyğun olacaq.

Son.az technote.az-a istinadən bildirir ki, satışa bu domen mərhələlər ilə çıxacaq. 16 yanvardan 19 fevrala qədər sunrise deyilən mərhələ olacaq. Bu zaman çərçivəsində domen yalnız TM sahibləri üçün açıq olacaq. 19 fevraldan 28 fevrala qədər early access mərhələsi olacaq - bu o deməkdir ki, istəyənlər bu domenə daha çox ödəniş edərək onu daha tez əldə edə biləcəklər. Və nəhayət, 28 fevraldan etibarən domeni istənilən şəxs ala biləcək.

Hələ 2015-ci ildə tərtibatçı cəmiyyətləri narahat idilər. Google bu domeni yalnız öz məqsədləri üçün ayırması barəsində İCANN-a müraciət etmişdi. Narahatçılığın səbəbi isə onda idi ki, həmin vaxt artıq bir çox şirkətlər bu domendən öz alətlərinin testi üçün istifadə edirdilər. Şirkət bütünlüklə bu domenə sahib çıxdıqdan sonra, domen Chrome və digər brauzerlərə inteqrasiya olundu və bundan sonra həmin testlərin işləməsi dayandı.