iPhone XR ən çox satılan smartfona çevrilir?


Digərləri 04 Dek 2018 08:01:00 285 0

iPhone XR ən çox satılan smartfona çevrilir?

Apple məhsullarının marketinqi üzrə vitse-prezidenti Greg Joswiak CNET saytına müsahibəsində iPhone modellərinin istehsalat miqyasının kiçildilməsi xəbərlərinin yayılması nəticəsində iPhone XR modelinin aşağı satış göstəriciləri barəsindəki şayiələrə aydınlıq gətirib. O bildirib ki, yeni iPhone modelləri arasında büdcəli versiya kimi təqdim olunan iPhone XR modeli günü-gündən şirkətin ən çox satılan smartfon modelinə çevrilir. Qeyd etmək lazımdır ki, iPhone XR-in satışlarına 26 oktyabr tarixində start verilmişdi. Alıcılar sözügedən smartfonun ön sifarişini isə bir həftə öncədən edə bilərdilər.

Son.az technote.az-a istinadən bildirir ki, Joswiak-ın sözlərinə görə satışa çıxdığı gündən iPhone XR modeli Apple şirkətinin bütün smartfonları arasında ən çox satılana çevrilir. Bununla belə o, iPhone XR-in satışları barəsində heç bir əlavə məlumat təqdim etməyib. Bu isə öz növbəsində Apple şirkətinin iPhone, iPad və Mac məhsullarının satış göstəricilərinin təqdim edilməsindən imtina etməsi ilə bağlıdır. Şirkətin fikrincə bu cür rəqəmlər şirkətin biznes uğurlarını tam olaraq əks etdirmir. Son 1 ay ərzində yeni iPhone modellərinin satışlarının aşağı düşməsi ilə bağlı bir çox xəbərlər ortaya çıxıb. Bundan əlavə olaraq şirkət yeni iPhone odellərinə tələbin aşağı olmasından onların istehsalat miqyasını kiçildib.