İran OPECdən çıxmaq fikrində deyil


Dünya 03 Dek 2018 23:39:00 225 0

İran OPECdən çıxmaq fikrində deyil

İran Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) üzvlüyündən çıxmaq niyyətində deyil, amma hasilatın azaldılmasında da iştirak etməyi düşünmür.

Son.az "report"-a istinadən bildirir ki, bunu ölkənin OPEC-dəki daimi nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili bildirib. O, OPEC+ formatı daxilində hasilatın azaldılmasını müsbət qiymətləndirib.