Yanından düz keçib gedirik, halbuki faydaları saymaqla bitməz RESEPTLƏR


Digərləri 03 Dek 2018 23:07:00 281 0

Yanından düz keçib gedirik, halbuki faydaları saymaqla bitməz  RESEPTLƏR

Bağlarda alaq otu kimi yetişən və çoxumuzun uzaq gəzdiyi gicitkən bitkisini hamı tanıyır. Onun nə qədər faydalı olduğu isə çoxlarına məlumdur. Tərkibində çoxlu vitaminlər, zülal, mikroelementlər, fosfor, kalium, dəmir mövcuddur.  

Son.az medicina.az-a istinadən gicitkən bitkisindən hazırlanan min bir dərdə dərman olacaq çay reseptini təqdim edir: 

Bu çay vasitəsilə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Gicitkən  süd verən analarda süd ifrazını artırır, menstrual tsikli tənzimləyir, qan damarlarını qüvvətləndirir və qanı təmizləyir. 

Bundan əlavə, bu çayı qaraciyər patologiyaları zamanı, mədə-bağırsaq traktı və tənəffüs sisteminin xəstəliklərində təyin edirlər.

Gicitkən çayı aşağıdakı hallarda qəbul edilə bilər: 

•podaqra; •öd kisəsi xəstəliklərində; •qaraciyər xəstəliklərində; •revmatizm zamanı.

Əlbəttə bu bitki xeyirli xüsusiyyətlərlə yanaşı bir sıra mənfi xüsusiyyətlərə də malikdir.