Bakıda bəzi ərazilərdə qrunt sularının səviyyəsi qalxıb


Digərləri 03 Dek 2018 22:10:00 245 0

Bakıda bəzi ərazilərdə qrunt sularının səviyyəsi qalxıb

Bakıda bəzi ərazilərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması müşahidə olunur.

Bakı. İlhamə İsabalayeva - Bakıda bəzi ərazilərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsində qalxma müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilib ki, Bakının Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi yüksəlir. Şuşa şəhərciyi subasma sahəsində, Daş Karxanası yaşayış massivində də atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi qalxıb.