Qəpikquruşluq vasitə ilə sızanaqlardan qurtulmaq üçün 2 ÜSUL Hər evdə var


Digərləri 03 Dek 2018 21:51:00 300 0

Qəpikquruşluq vasitə ilə sızanaqlardan qurtulmaq üçün 2 ÜSUL  Hər evdə var

Kamforalı spirtə, yəqin ki, hər evin "apteçka"sında rast gəlinir. Çünki bu vasitə xalq təbabətində geniş istifadə olunur. Qulaq iltihabı, akne, artrit - bu, kamforalı spirtin tətbiq edildiyi xəstəliklərin kiçik bir hissəsidir. 

Son.az medicina.az-a istinadən bildirir ki, bitki tərkibli olmasına baxmayaraq, kamforalı spirt bir sıra əks göstərişlərə malikdir. Buna görə də bu vasitəni istifadə zamanı göstərişlərə ciddi əməl etmək lazımdır. Spirtli kamfora öz farmokoloji tərkibinə görə, tibdə olduğu kimi kosmetologiyada da geniş tətbiq edilir. 

Kamforalı spirtin tərkibi kamfora bitkisinin yarpaqlarından, etil spirtindən və distillə olunmuş sudan ibarətdir. 

Kamforalı spirt antiseptik, qıcıqlandırıcı, analeptik, ağrikəsici, iltihabəleyhinə təsirlərə malikdir. Bundan əlavə o, toxumalarda gedən metobolik prosesləri və qan dövranını gücləndirir. Preparat xəstəliktörədən mikrobları məhv edir, hüceyrələrdə gedən iltihabi prosesləri azaldır.  

Buna görə də spirtli kamforanı patogen bakteriyalarla mübarizə aparan universal maddə adlandırmaq olar.    Похожее изображение

Spirtli kamforanı aşağıdakı hallarda tətbiq etmək olar: 

•Qulaqda gedən iltihabi proses zamanı; •Qulaq tıxanması; •Oynaqlarda olan ağrılar; •Nevralgiya (sinir ağrısı); •Bel ağrısı (radikulit);