Uşaq xəstələnəndə hamımız bu səhvləri edirik! Pediatrdan qadağalar


Digərləri 03 Dek 2018 21:56:00 265 0

Uşaq xəstələnəndə hamımız bu səhvləri edirik!  Pediatrdan qadağalar

Uşaq soyuqdəymə xəstəliyinə tutulanda, valideynlər və xüsusilə də nənə-babalar müxtəlif xalq təbabəti vasitələrinə üz tutur.

Lakin bəzi belə vasitələrdən kor-koranə istifadə edilməsi uşağa yalnız ziyan vurur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, rusiyalı pediatr Yevgeniy Timakov valideynlərin bəzi belə səhvləri haqqında danışıb.

1. Qızdırması olan uşağı, xüsusilə kiçik yaşlı uşağı isti yorğana bürümək olmaz!

Pediatrın sözlərinə görə, bu hərarətin daha da artmasına səbəb olacaq. Əksinə hərarəti olan uşağı yüngül geyindirmək, corab, pampers çıxartmaq lazımdır.

1 yaşa qədər olan uşaqlarda termorequlyasiya prosesləri (orqanizmdə sabit hərarət saxlamaq qabiliyyəti) hələ ki tam formalaşmayıb ki, hərarət zamanı belə uşaqları bürüməklə onlara çox ciddi ziyan vurmaq mümkündür. Bu hətta uşağın ölümünə səbəb ola bilər.

2. Tonzillit zamanı süd olmaz!

Pediatrın sözlərinə görə, badamcıqların iltihabı zamanı uşağa süd vermək olmaz ki, bu boğazda iltihabın daha da artmasına səbəb olacaq. Həmçinin nəm öskürək zamanı da süd arzuolunmazdır ki, onun istehlakı nəfəs yollarında seliyin ifrazını artırır. Bu isə öskürəyin daha da artmasına səbəb olacaq.