Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib (FOTO)


Digərləri 03 Dek 2018 20:51:00 225 0

Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib (FOTO)

Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib.

Bakı. “Bakutel 2018” - 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı çərçivəsində bu gün Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda RRB Rabitə Administrasiyalarının nümayəndə heyətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) builki Səlahiyyətli Konfransında fəaliyyəti ilə bağlı yekunlar, eləcə də RRB İcraiyyə Komitəsinin Rabitə Administrasiyaları Başçıları Şurasının qərarlarının həyata keçirilməsi üzrə fəaliyyəti kimi əsas məsələlər müzakirə olunub. Tədbirdə RRB-nin tamhüquqlu üzvlərinin – Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və RRB müşahidəçiləri – Latviya və Sloveniya rabitə administrasiyalarının, “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatının, eləcə də, ”EUTELSAT” Beynəlxalq Peyk Təşkilatının və Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə nümayəndə heyətləri iştirak edib. İclasa RRB Şurası və Koordinasiya Şurasının sədri, Rusiya Federasiyasının Rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskov sədrlik edib. Tədbir iştirakçılarını salamlayan Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ötən iclasda Azərbaycan tərəfinin Bakıda növbədənkar iclasın keçirilməsi təklifini dəstəklədiklərinə görə RRB-nin üzv dövlətlərinə təşəkkürünü bildirib. “Bugünki iclasda əsas müzakirə edəcəyimiz məsələlərdən biri 29 oktyabr – 16 noyabr tarixlərində Dubayda keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransının yekunlarıdır. Bu hadisə təmsil olunduğumuz sektor üçün çox vacibdir və məhz bu səbəbdən biz bu cür təcili iclasın keçirilməsini zəruri saydıq”, - deyə nazir bildirib. R.Quluzadə RRB-yə daxil olan administrasiyaların Səlahiyyətli Konfransda səmərəli birgə fəaliyyətini, eyni zamanda RRB-nin İcraiyyə Komitəsinin onların fəaliyyətinin əlaqələndirilməsi üzrə işini yüksək qiymətləndirib. “Fürsətdən istifadə edərək, Rusiya Federasiyasını seçkilərdə qazandığı gözəl nəticələr münasibəti ilə təbrik edirəm. Eyni zamanda Azərbaycan Respublikasının BTİ-nin Şurasına yenidən seçilməsini dəstəkləyən bütün tərəflərə minnətdarlığımı bildirirəm. Nəticədə Azərbaycan, Rusiya kimi, Regional Rabitə Birliyinin tarixində ardıcıl olaraq inkinci dəfə BTİ Şurasına üzv seçilən ölkə oldu. Bizim rabitə administrasiyamızın nüməyəndəsinin BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçilməsi də yüksək nailiyyətdir”, - deyə nazir vurğulayıb. R.Quluzadə seçkilər zamanı Azərbaycanın ədalətli və layiqli təşviqat kampaniyası apardığını qeyd edib. “Biz birlikdə Şurada təmsilçiliyimizi gücləndirməyə çalışırdıq. Qazanılan nəticə bizim RRB-də birgə fəaliyyətimizin bəhrəsidir. Bugünki iclasda bizim RRB çərşivəsində birgə fəaliyyətimizə aid olan digər məsələlər də müzakirə olunacaq. Əminəm ki, iclasda qəbul ediləcək qərarlar rabitə administrasiyalarımız arasında faydalı əməkdaşlığı daha da genişləndirəcək”, – deyən nazir iclas iştirakçılarına uğurlu və səmərəli iş arzulayib. İclas iştirakçıları RRB nümayəndə heyətlərinin BTİ Səlahiyyətli Konfransında işini yüksək qiymərləndirib. Bildirilib ki, BTİ katibliyi 29 təklif əsasında builki Səlahiyyətli Konfransda baxılmaq üçün 35 sənəd tərtib edib. Məlumat verilib ki, RRB tərəfindən Səlahiyyətli Konfransın ilk plenar iclasında BTİ-nin 2020-2023-cü illər üçün strateji və maliyyə planlarının hazırlanması üzrə ümumi təklifindən biri təsdiq edilib.