Azərbaycan BƏƏ-yə ticarət missiyaları göndərəcək


Digərləri 03 Dek 2018 20:03:00 292 0

Azərbaycan BƏƏ-yə ticarət missiyaları göndərəcək

Azərbaycan dekbarın 8-11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ticarət missiyası göndərəcək.

Bakı. Ləman Zeynalova - Azərbaycan dekbarın 8-11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ticarət missiyası göndərəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib: "Made in Azerbaijan" brendi altında məhsullarımızı təbliğ etmək məqsədilə Əbu-Dabi və Şarcaya ticarət missiyası göndəriləcək. Qeyd etmək istərdim ki, artıq ötən il BƏƏ-də Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərməyə başlayıb və Dubayda Azərbaycan Ticarət Evinin açılması işi yekunlaşmaq üzrədir". Ş.Mustafayev qeyd edib ki, BƏƏ-nin Azərbaycanda investisiyalarının həcmi 2,1 milyard dollar təşkil edir ki, bu vəsaitin də 1,3 milyard dolları neft sektoruna, 806 milyon dollar isə qeyri-neft sektoruna yatırılıb.