UEG baş direktoru: "Azərbaycan hər zaman tədbirləri yüksək səviyyədə keçirir"


Digərləri 03 Dek 2018 18:42:00 284 0

UEG baş direktoru: "Azərbaycan hər zaman tədbirləri yüksək səviyyədə keçirir"

Azərbaycan hər zaman tədbirləri yüksək səviyyədə keçirir və biz gələcəkdə tədbirləri necə keçirmək lazım olduğunu öyrənə bilərik.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresi çərçivəsində Avropa Gimnastika İttifaqının (UEG) baş direktoru Liza Vortman deyib.

O xatırladıb ki, gələn il Bakıda iki Avropa çempionatı (aerobika gimnastikası və bədii gimnastika) keçiriləcək:

"Bundan başqa, UEG-in iki görüşünün keçirilməsi də planlaşdırılır. Bu görüşlər çərçivəsində gələcək planlar müzakirə olunacaq".