Dövlət Dəniz Agentliyinin nümayəndə heyəti beynəlxalq toplantıda iştirak edir (FOTO)


Digərləri 03 Dek 2018 16:02:00 270 0

Dövlət Dəniz Agentliyinin nümayəndə heyəti beynəlxalq toplantıda iştirak edir (FOTO)

Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 100-cü sessiyası keçirilir.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin baş qərargahı London şəhərində yerləşən Beynəlxalq Dəniz Təşkilatının Dəniz (BDT) Təhlükəsizliyi Komitəsinin 100-cü sessiyasında iştirak edir. Agentlikdən Trend-ə verilən məlumata görə, 7 dekabr tarixinədək davam edəcək sessiyada dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, nəzarət tələb olunmadan idarə edilən gəmilərin (MASS) istifadə edilməsi üzrə tənzimləyici araşdırma, yeni inşa edilən gəmi standartları, “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiya (SOLAS 74) tətbiq olunmayan qütb sularında istismar edilən gəmilərin təhlükəsizlik tədbirləri, dənizin çirklənməsinin qarşısının alınması ilə bağlı tədbirlər, gəmi sistem və avadanlığı, insan faktoru, təlim və növbəçəkmə, yüklərin və konteynerlərin daşınması, BDT-nin sənədlərinin tətbiq olunması, yeni tədbirlərin həyata keçirilməsi üçün potensialın artırılması, gəmilərə qarşı yönəlmiş quldurluq və silahlı basqın, dənizlə təhlükəli miqrant keçidi müzakirə olunacaq.