Sahil Babayevin Bərdədə vətəndaş qəbulunun vaxtı dəyişdirilib


Digərləri 03 Dek 2018 13:15:00 205 0

Sahil Babayevin Bərdədə vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Nazir Sahil Babayevin Bərdə rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakı. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Bərdə rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək dekabrın 14-ə keçirilib. Trend-in məlumatına görə, S.Babayev Bərdə rayonunda Bərdə, Tərtər, Ağcabədi rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (sosial təminat növlərinə hüququn müəyyən edilməsi, əmək hüquqlarının müdafiəsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması, aktiv məşğulluq tədbirlərinə cəlb olunma və s.) aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.