Bakıda əhali 10 aya 7 milyard manat xərcləyib


Digərləri 03 Dek 2018 13:06:00 225 0

Bakıda əhali 10 aya 7 milyard manat xərcləyib

Bakıda əhali ərzaq, içki və tütün məhsullarına 7 milyard manatdan çox pul xərcləyib

2018-ci ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 15 milyard 966,3 milyon manat olub.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 7 milyard 237,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 8 milyard 728,8 milyon manata bərabər olub.

İstehlak məhsullarının 24,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.