Türkiyə Universitetinin nümayəndələri Azərbaycan Universitetində (FOTO)


Digərləri 03 Dek 2018 10:15:00 211 0

Türkiyə Universitetinin nümayəndələri Azərbaycan Universitetində (FOTO)

Azərbaycan Universitetində Türkiyənin İstanbul Kültür Universitetinin nümayəndələri ilə görüş keçirilib.

Bakı. Azərbaycan Universitetində Türkiyənin İstanbul Kültür Universitetinin nümayəndələri ilə görüş keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Universitetini rektorun müşaviri, Magistratura və doktorantura şöbəsinin müdiri Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, İstanbul Kültür Universitetini isə Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Seçkin Taygun Altıntaş və şöbənin mütəxəssisi Kübra Mertel təmsil edib. Görüşdə tərəflər qarşılıqlı olaraq təmsil etdikləri ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti, maddi-texniki bazası, tədris olunan ixtisaslar, tələbələrə yaradılan imkanlar haqqında məlumat verib, “Erasmus+” proqramı çərçivəsində əməkdaşlıq imkanları, beynəlxalq kredit mobilliyi və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.