Azərbaycanda boş qalan evdə insanın yaşadığı təəssüratını yaradan cihaz istehsal edilib


Digərləri 03 Dek 2018 07:50:15 242 0

Azərbaycanda boş qalan evdə insanın yaşadığı təəssüratını yaradan cihaz istehsal edilib

Azərbaycan Texniki Universitetinin yaradıcılıq laboratoriyasında sahibi evdə olmayarkən boş qalan mənzildə insanın yaşadığı təəssüratını yaradan cihaz istehsal edilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Texniki Universitetinin (ATU) yaradıcılıq laboratoriyasında sahibi evdə olmayarkən boş qalan mənzildə yaşayış təəssüratı yaradan cihaz istehsal edilib. Bunu Trend-ə universitetin müəllimi Rəhim Əliyev deyib. Belə cihazın ölkədə ilk dəfə istehsal olunduğunu deyən R.Əliyevin sözlərinə görə, proqramlaşdırılan taymer hərbi sahədən məişətə qədər bütün sahələrdə istifadə edilə bilər: "Bu cihaz proqramlaşdırılmış sistemlə işləyir. Məsələn, əgər siz evdə deyilsinizsə və müəyyən müddətə səfərə getmisinizsə, arxayın olmaq üçün evdə bu cihazı qoşa bilərsiniz. Cihaz işığı yandırıb, söndürəcək, jalyüzü açıb, bağlayacaq, səs-küy salacaq və nəticədə də belə bir təəssürat yaranacaq ki, evdə kimsə var".