Albert Eynşteyn xəstə oğlunu tərk edib ABŞa qaçıb FAKTLAR və FOTOLAR


Digərləri 03 Dek 2018 01:30:00 337 0

Albert Eynşteyn xəstə oğlunu tərk edib ABŞa qaçıb  FAKTLAR və FOTOLAR

Dünyanın ən ağıllı alimlərindən biri olan Albert Eynşteynin də şəxsi həyatı barədə bilinməyən və ya çox az adamın bildiyi faktlar var.

Son.az "ölkə.az"-a istinadən Albertin övladları haqqında məlumat verir.

Eduard Eynşteyn Albertin oğlu olub. Onun ömrü isə psixiatrik klinikalarda keçib. Mileva Mariç Albert Eynşteynin ilk arvadı olub. Cütlük universitetdə tanış olub. Mileva zəkası ilə Albertin diqqətini cəlb edə bilmişdi. Əslində Mileva da böyük alim ola bilərdi. Amma həyatın çətinliklərinə sinə gərməli olduğu üçün özünü ailəsinə həsr etdi. Cütlüyün toydan əvvəl Lieserl adlı bir qız övladı dünayaya gəldi. Ehtimal edilir ki, Albert və Mileva bu qızı başqa bir ailəyə övladlığa verib.

Toydan sonra isə onların iki oğlu, Hans və Eduard dünyaya gəldi. Amma Albert və Mileva xoşbəxt ailə qura bilmədilər və boşandılar.


Xəbərə aid fotolar