Əsrin ən vəhşi cinayətkarı 24 il qızını zirzəmiyə həbs edib zorlayan ata FOTO


Digərləri 02 Dek 2018 23:43:00 371 0

Əsrin ən vəhşi cinayətkarı  24 il qızını zirzəmiyə həbs edib zorlayan ata  FOTO

Jozef Fritzl bütün dünyada nifrətlə anılan insandır.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Jozef öz doğma qızını 24 il zirzəmiyə həbs edib onu zorlayan bir canidir.

Fritzl 1935-ci ildə Amsterdamda anadan olub. Rozmari adlı qadınla evlənib. Arvadı ondan çox qorxurdu. Cütlüyün 7 uşağı dünyaya gəlib. Fritzl elektrik mühəndisi idi. Əvvəlcə ona hörmətlə yanaşsalar da, sonradan bir qadını zorladığı üçün 1.5 il həbsdə yatır. O, həbsdən çıxdıqdan sonra heç nə olmamış kimi həyatına davam etsə də, qızı Elizabeti zorlamağa başladı.

Elizabetin 17 yaşı olanda atasından qurtulmaq üçün evdən qaçsa da, tutuldu. Bundan sonra qızın dəhşətli həyatı başladı. Fritzl evin zirzəmisində bir otaq düzəltdi və heç kəsi ora buraxmadı. O, qızı üçün "Bir təriqətə üzv olub" yalanını uydurdu və Elizabeti o otağa həbs etdi. Fritzl qızına zorla məktublar yazdırır və evinə göndərir, arvadını da qızının evdən qaçdığına inandırırdı.

Fritzl 24 il qızını zirzəmidə zorladı. Elizabet 6 uşaq dünyaya gətirdi. Qəddar ata uşaqların üçünü guya "Elizabet qapının ağzına qoyub" yalanı ilə evə gətirdi. Digər üç uşaq isə anaları ilə zirzəmidə yaşadı.


Xəbərə aid fotolar