Təbii artım tempi azalıb...


Digərləri 02 Dek 2018 21:54:00 451 0

Təbii artım tempi azalıb...

Ekspertlər azalmanın qarşısını almaq üçün stimullaşdırıcı tədbirlər görülməsini təklif edirlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycanda əhalinin təbii artımı davam etsə də, son 27 il ərzində təbii artım əmsalı 2 dəfədən çox azalıb. Trend-in məlumatına görə, son 27 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. 1990-cı ildə Azərbaycanda əhalinin təbii artımı 140 170 nəfər olduğu halda, 2017-ci ildə bu say 86 932-ə enib. Son 27 ildə ölkədə əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 1990-cu ildəki 19,8 göstəricisindən 8,9-a (2017-ci il) enib. Artım əmsalının formalaşmasında kişilərin payı qadınlara nisbətən yüksəkdir. 2017-ci ildə kişilər üzrə təbii artım əmsalı 9,5 (1990-cı ildə 20,7), qadınlar üzrə 8,3 (1990-cı ildə 19) olub.

Azərbaycanda şəhər yerləri ilə müqayisədə kənd yerlərində əhalinin təbii artım göstəricisi daha yüksəkdir. 2017-ci ildə kənd yerləri üzrə əhalinin təbii artım göstərici 10,6, şəhər yerlərində 7,4 olub. 27 il əvvəl - 1990-cı ildə isə şəhər yerlərində bu göstərici 16,9, kənd yerlərində 23,3 olub.