Babəki kim həbs etdi? TARİXİ FAKTLAR


Digərləri 02 Dek 2018 21:00:00 319 0

Babəki kim həbs etdi?  TARİXİ FAKTLAR

Xürrəmilər hərəkatının lideri Babəkin həbs edilərək Samirə şəhərinə göndərilməsini bilməyən yoxdur. Bir çox tarix kitablarında belə yazılıb. Bəs qədim salnaməçilərdən Təbəri və İbn əl-Əsir bu barədə nə yazıb?

Son.az bildirir ki, "ölkə.az"ın bu barədə sualını tarixçi alim Əkbər Nəcəf cavablandırıb. Alim Təbərinin "Tarix ər-Rəsul" və İbn əl-Əsirin "əl-Kamil" əsərlərindəki məlumatı oxucularımızla bölüşüb.

Babəki həbs edən Əbus-Sac daha sonra Azərbaycanda yaranan Sacilər xanədanlığının ilk nümayəndəsi olub.

Afşinin əmrindəki ordular iki illik müharibədən sonra əl-Bəzz şəhərini ələ keçirdiklərində, çıxış yolu qalmayan Babək bir müddətdir məktublaşdığı Bizans imperatorunun himayəsinə sığınmaq məqsədilə əl-Bəzzdə dəhşətli küçə döyüşlərinin davam etdiyi bir vaxtda qarışıqlıqdan istifadə edib qaçmağa nail oldu.