21 yaşlı qız havaya çıxa bilmir


Digərləri 02 Dek 2018 19:11:00 276 0

21 yaşlı qız havaya çıxa bilmir

Çağımızın əsas bəlalarından biri də allergiyadır. Müalicəsi, səbəbi tam bilinməyən bu xəstəlik bəzən ölümlə də nəticələnə bilir. Ən maraqlısı odur ki, allergiyanın qəribə yaranma səbəbləri olur.

Son.az Publika-ya istinadən xəbər verir ki, Kanada vətəndaşı Arianna Kent çox qəribə allergiya növündən əziyyət çəkir. Belə ki, Ariannanın soyuq havaya allergiyası var. Bu da yetmirmiş ki, buzlu su da gənc qızın bədəninin həssaslığını pik həddə çatdırır.

Arianna etiraf edir ki, hava şəraiti soyuyan kimi çemodanlarını yığıb xəstəxanaya köçür. O, qış aylarında bütün zamanını həkim nəzarəti altında keçirir.