Tiflisdə həbslər başladı:


Dünya 02 Dek 2018 15:19:00 259 0

Tiflisdə həbslər başladı:

Gürcü müxalifəti bu gün Tiflisin Rustaveli prospektindəki parlament binası qarşısında etiraz aksiyası keçirir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, aksiya yerli vaxtla saat 15:00-da başlayır.

Gürcüstan Daxili İşlər Nazirliyi artıq aksiya ilə bağlı bəyanat yayıb. Bəyanatda polisin hüquqi nizamı qoruyacağını deyilib. DİN həmçinin etirazçıları polisin tələblərinə cavab verməyə səsləyib. Aksiya zamanı istənilən qanun pozuntusunun dərhal aradan qaldırılacağı vurğulanıb.

Qeyd edək ki, gürcü müxalifəti prezident seçkisinin nəticəsini tanımaqdan imtina edib. Üstəlik müxalifətin mənəvi lideri sayılan Mixail Saakaşvili Gürcüstanın artıq prezidenti olmadığını, əhalini dinc itaətsizliyə çağırdığını və hökuməti təcili növbədənkənar parlament seçkisinə məcbur etməyə səslədiyini bildirib.

***