Çində güclü yanğın: 8 ölü, 3 yaralı


Dünya 02 Dek 2018 14:33:00 220 0

Çində güclü yanğın: 8 ölü, 3 yaralı

Çinin cənub-qərbində Kunmin şəhərində baş verən yanğın nəticəsində 8 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb. Yanğın yerli vaxtla gecə 02:00-da başlayıb. Yerli xilasetmə qüvvələri yanğın yerini araşdırdıqdan sonra məlum olub ki, 5 nəfər bilavasitə yanğın səbəbindən dünyasını dəyişib, 3 nəfər isə yanğından xilas olmağa çalışarkən, binanın pəncərəsindən tullanarkən ölüblər.

Xəsarət alanlar yerli xəstəxanaya çatdırılıb.