Orqanizm özünü belə bərpa edir


Digərləri 02 Dek 2018 13:38:00 233 0

Orqanizm özünü belə bərpa edir

Amerikanınn Case Western Reserve universitetinin alimləri istənilən xəstəlik və zədələnlənmələr zamanı bədənə "zədələnmişlərin təmiri" prosesini yönləndirən siqnal yolunu aşkar edib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu yol qidalardan alınan enerjini qlükozaya çevirən qlükolizlə əlaqəlidir.

Belə ki, biz zədə aldığımız zaman orqanizm zədələnmiş toxumanın bərpa edilməsi üçün qlükoza istifadəsini dəstəkləyir.

Sanki "b planı" işə düşür. Qlükoza qeyri-adi molekula çevrilir və bərpaya yönəlir.

Orqanizm özünü istənilən həkim kimi bərpa edə bilər. Ancaq burada iki "amma" var. Birincisi odur ki, bizim bədənimiz "bərpa bağlı olur". İkincisi isə bərpa prosesi başlasa belə, bərpa tamamlanmasa belə orqanizm tez bir zamandan normal həyata qayıtmaq istəyir.

Alimlər deyir ki, prosesi idarə etmək və sürətləndirmək üçün qlükozanı bədənin özünü sağaltma prosesinə necə yönləndirməyi başa düşüblər.

Belə ki, burada əsas keçid rolunu qlükozanın hansı rejimdə istifadə edildiyinə nəzarət edən PKM2 adlı zülaldır.